“Sabunçu rayonu Maştağa bələdiyyəsi bu günlərdə E-manat stasionar ödəniş sisteminə qoşulub”- bu məlumatı Belediyye.infoya Maştağa bələdiyyəsinin sədri ilqar Qurbanov verib.
Sədrin sözlərinə görə, yeni sistemə qoşulmaqda məqsəd vergi ödəyicilərinin rahatlığını təmin etməklə, şəffaflığın təminatı və neqativ halların qarşısnın alınmasıdır.
Artıq bələdyyə iclasının qərarıyla gələcəkdə digər ödəniş sistemlərinə də qoşulacaqlarını deyən sədr bu istiqamətdən bələdiyyə büdcəsinə xeyli maliyyə vəasitinin daxil olacağını düşündüklərini bildirib.
Qeyd edək ki, ölkəmzidə ilk olaraq bu sistemə qoşulan Nəsimi bələdiyyəsindən sonra bu günədək daha on bir bələdiyyə “E-manat”a qoşulub.
Bu sıraya Bakıxanov, Nizami , Pirşağı, Xırdalan, Sabunçu, Zabrat, Balaxanı, Bilgəh, Biləcəri və Yasamal bələdiyyələri də qoluşub.
Belediyye.info